KANAL24.AZ
Az Iw En Ru

Bərdədə evlərdən oğurluq edən şəxslər tutuldu

Bərdədə evlərdən oğurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 21-də rayonun Qazıqurdalı kəndindəki evlərdən birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini Nemət Məmmədov və Bərdə rayon sakini Anar Quliyev tutulublar.

Hər iki şəxs törətdikləri əməli etiraf edib.

Onlar barəsində aparılan tədbirlərlə avqustun 8-də Kələntərli kəndindəki evlərdən birindən soyuducu, çörəkbişirən aparat və digər məişət əşyaları, oktyabrın 19-da isə Qazıqurdalı kəndindəki evlərdən birindən noutbuk və mobil telefon oğurladıqları, bu oğurluqları mənzil sahiblərinin evdə olmadıqları zaman törətdikləri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.


00:51 26.10.2017
Xəbər lenti
Bütün xəbərlər