KANAL24.AZ
Az Iw En Ru

Nəsimi rayonunda qəza: İki avtomobil toqquşdu – FOTO

Nəsimi rayonu, Məmməd Araz küçəsində yol-nəqliyyat hadisəsi baş verib

Kanal24 oxu.az-a istinadən xəbər verir ki, hadisə "Volvo" və "Nissan" markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb. Məmməd Araz küçəsi ilə üzü Azadlıq prospektinə doğru hərəkət edən "Volvo"nun sürücüsü qadağan olunmuş yerdən dönmə əməliyyatını yerinə yetirib. Bu vaxt qarşıdan gələn "Nissan" onun avtomobilinə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

 

www.oxu.az


22:30 25.10.2017
Xəbər lenti
Bütün xəbərlər