KANAL24.AZ
Az Iw En Ru

Təzə qanun hazırlanır - Hesablama Palatasına yeni səlahiyyətlər veriləcək

“Hesablama Palatası haqqında” yeni qanun layihəsi hazırlanır.

Bu barədə  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məlumat verib.
Deputat bildirib ki, “Hesablama Palatası haqqında” yeni qanun layihəsi parlamentin ötən sessiyasında birinci oxunuşdan keçib.
““Hesablama Palatası haqqında” yeni qanun layihəsi parlamentin payız sessiyasının gündəliyinə daxil edilib. Payız sessiyasında bu qanun qəbul edilməlidir. “Hesablama Palatası haqqında” yeni qanun layihəsi Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilib. Hazırda qanun layihəsinin üzərində iş aparılır. Yeni qanun layihəsi hazırki qanundan tamamilə fərqlənəcək. Burada Hesablama Palatasına yeni səlahiyyətlər veriləcək”.
Qeyd edək ki, hazırki “Hesablama Palatası haqqında” qanun  2 iyul 1999-cu ildən qüvvədədir.(Modern.az)

00:00 25.10.2017
Xəbər lenti
Bütün xəbərlər