KANAL24.AZ
Az Iw En Ru

ABŞ-ın büdcə kəsri 666 milyarda çatdı

ABŞ büdcəsində 2013-cü ildən bu yana ən böyük defisit qeydə alınıb.

Bu barədə informasiyanı “Blomberq” agentliyi ABŞ Maliyyə Nazirliyinin məlumatlarına istinadən yayıb. Agentlik il ərzində ölkə büdcəsində defisitin 80 milyard dollar artaraq, 665,7 milyard dollara çatdığını bildrib.

Artıq defisitlə büdcə direktoru Mik Malveni açıqlama yayıb. Onun sözlərinə görə, bu göstəricilər Vaşinqton üçün yanğın həyacanı olmalıdır:

“Bu, Vaşinqton üçün yanğın həyəcanı olmalıdır. Onlar iqtisadiyyatı yeni inkişaf etdirməlidirlər ki, maliyyə nizamını qaydaya sala bilsinlər. Büdcə kəsirinin öhdəsindən xərcləri azaltmaqla, vergi reformları keçirməklə, bürokratizmi azaltmaqla gəlmək olar”.

Qeyd edək ki, bu il ABŞ büdcəsinin gəlirləri 3,31 trilyon dollar olub. Ölkənin xərcləri 3,98 trilyon dollara qədər artıb. Keçən il ABŞ-ın büdcə kəsri 585,6 milyard dollar olmuşdu.


16:44 22.10.2017
Xəbər lenti
Bütün xəbərlər