KANAL24.AZ
Az Iw En Ru

Marneulidə "Gürcü Arzusu"nun namizədinin qələbəsi qeyd olunur

Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının tərəfdarları Marneulidə icra başçısı vəzifəsinə namizəd Temur Abazovun qələbəsini qeyd edirlər. 

Rəsmi nəticələrin elan olunmamasına baxmayaraq, rayonun mərkəzi küçələrində "Gürcü Arzusu"nun bayraqları olduğu maşın karvanları siqnal verərək partiyanın yerli qərargahı istiqamətində hərəkət edir. 

 

Marneuli rayonunda yerləşən bəzi seçki məntəqələri qarşısında gərginlik yaşanıb. Müxalif "Avropalı Gürcüstan" Partiyasının namizədi Əhməd İmamquliyevin tərəfdarları bəzi seçki məntəqələri qarşısında aksiya keçiriblər. Onlar Marneulidə seçkilərdə Ə.İmamquliyevin qələbə qazandığını iddia edirlər. 
 
Gürcüstanın Mərkəzi Seçki Komissiyasının seçkilərin ilkin nəticələri barədə rəsmi məlumatı bu gecə saat 02:00-da açıqlayacağı gözlənilir. 


16:31 22.10.2017
Xəbər lenti
Bütün xəbərlər