KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda hər il “Bakı Beynəlxalq Film Festivalı” keçiriləcək

C. Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında “Bakı Beynəlxalq Film Festivalı”nın təşəbbüs qrupunun iclası keçirilib.
 
Kinostudiyanın direktoru Müşfiq Hətəmovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi, rejissor Cəmil Quliyev, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yusif Şeyxov, prodüser və hüquqşünas Fikrin Bektaşi, kinoşünas Ayaz Salayev, rejissor Elçin Musaoğlu, Bakı Film İnstitutunun rəhbəri Fehruz Şamıyev iştirak edib.
 
Festivalın hər il keçirilməsi planlaşdırılır. Bir həftə davam edəcək tədbirdə filmlər müsabiqə əsasında seçiləcək, münsiflər heyətində beynəlxalq kino aləmində tanınan insanlar təmsil olunacaq.

 


22:21 20.10.2017