KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan-Çin memorandumu təsdiqləndi

Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Çin Xalq Respublikasının Keyfiyyətə Nəzarət, Yoxlama və Karantin üzrə Baş Administrasiyası (AQSIQ) arasında texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində əməkdaşlığa dair" 2017-ci il mayın 15-də Pekin şəhərində imzalanan Anlaşma Memorandumu təsdiq edilib.

Bu memorondumun əhəmiyyətindən danışan millət vəkili Ziyad Səmədzadə Çinlə Azərbaycan arasında ticarət əlaqələrinin gücləndiyini və məhsulların keyfiyyətinin artırılmasının mühüm olduğunu bildirib. Milli Məclisdə həmçinin "Valyuta tənzimi haqqında", "Poçt haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunlara da dəyişikliklər edilib.


21:13 20.10.2017
Xəbər lenti
Bütün xəbərlər