KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda 7 tona yaxın müxtəlif növ ərzaq malları məhv edilib

Bu ilin yanvar-iyul aylarında mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 7 tona yaxın müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) mətbuat xidmətindən bildirilib ki, bu barədə nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev avqustun 14-də Oğuzda "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda keçirilən konfransda məlumat verib.

Dövlət Xidmətinin rəis müavini istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən maarifləndirmə tədbirləri barədə də danışıb. Diqqətə çatdırılıb ki, bu ilin yeddi ayında istehlakçıların maarifləndirilməsi məqsədilə istehlakçıların hüquqlarına dair 18 adda 55 mindən çox buklet, 6 adda 3 mindən çox yaddaş kitabçası hazırlanaraq paylanılıb.

 

00:58 15.08.2015
Xəbər lenti
Bütün xəbərlər