KANAL24.AZ
Az Iw En Ru

Biznesmen qızının törətdiyi dəhşətli qəzanın görüntüləri - Video/18+

Ukraynanın Xarkov şəhərində qadın sürücünün idarə etdiyi “Lexus” markalı avtomobili insanların üzərinə çırpılıb.

Nəticədə 6 nəfər ölüb.

Qəzanı törədən sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

10:24

Ukraynanın Xarkov şəhərində baş verən dəhşətli qəza ilə bağlı yeni məlumatlar üzə çıxıb.

Məlumatda qəzanın Xarkov Universitetinin tələbəsi, 20 yaşlı Alyona Zayçeva tərəfindən törədildiyi bildirilib.

O, Xarkovun tanınmış iş adamı “Tayfun qrupu” şirkətinin prezidenti Vasili Zayçevin qızıdır.

Bu arada, Ukrayna Daixli İşlər Nazirliyi qəza ilə bağlı rəsmi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, qəza nəticəsində 6 nəfər həlak olub, 5 nəfər ağır xəsarətlərlə Xarkov xəstəxanasına çatdırılıb. Qəzanın dəqiq səbəbləri araşdırılır.

***

Xarkov şəhərində 6 nəfərin ölümünə səbəb olan qəzanın görüntüləri yayılıb.

Görüntüləri Ukrayna Ali Radasının deputatı Anton Qeraşenko sosial şəbəkədə yayımlayıb. Hadisə anı təhlükəsizlik kameralarında əks olunub.

Həmin görüntüləri təqdim edirik:

 


23:51 19.10.2017