KANAL24.AZ
Az Iw En Ru

Avropa Yenidənqurma və İnkişaf Bankı TANAP-a kredit ayırdı

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İdarə Heyəti Azərbaycan Trans Anadolu Qaz Kəməri layihəsi (TANAP) üzrə  "Cənub Qaz Koridoru" AŞ (SGC) şirkətinə 500 milyon dolların ayrılmasını təsdiqləyib.

Bankdan verilən açıqlamada Xəzər dənizindən təbii qazı nəql edəcək TANAP-ın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacağı qeyd edilib. 

TANAP-ın əhəmiyyətli hissəsi olan "Cənub Qaz Koridoru" 3 min 500 kilometrdir və 6 ölkədən keçir. 

Qeyd edək ki, TANAP-ın ümumi dəyəri 40 milyard dollar qiymətləndirilib.


18:19 19.10.2017