ABŞ-ın Merilend ştatında biznes-mərkəzində silahlı insident baş verib.
Harford dairəsində qeydə alınan atışma nəticəsində 3 nəfər ölüb, daha 2-si yaralanıb. Onların vəziyyəti ağır kimi qiymətləndirilir.
İlkin məlumata əsasən, atəş açan şəxs hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.