KANAL24.AZ
Az Iw En Ru

Klopp: ""Maribor" bəzi səbəblərə görə oyuna arxayın çıxmışdı"

"Liverpul" Çempionlar Liqasının cari mövsüm qrup mərhələsində ilk qələbəsini darmadağınla qazanb. "Qırmızılar" səfərdə "Maribor"a futbol dərsi keçib - 7:0.

Matçdan sonra "mersesaydlılar"ın baş məşqçisi Yurqen Klopp qələbəni şərh edib.

"Biz olduqca yaxşı oyun keçirdik. İlk saniyələrdən komandam tapşırıqlarıma məsuliyyətlə yanaşdı. Oyundan sonra mənə dedilər Çempionlar Liqasında rekord müəllifi olmuşuq. "Liverpul"un zəngin tarixi barədə dəfələrlə danışmışıq. Buna görə tarix yazmaq xoşdur. Bu nəticəni təkrarlamaq çətin olacaq. 7:0 hesabı nadir qeydə alınır. Hesab yaxşı oynadığımızı sübut edir. Məncə, "Maribor" bəzi səbəblərə görə oyuna arxayın çıxmışdı. Amma onlar da pis komanda deyil".


22:24 18.10.2017