KANAL24.AZ
Az Iw En Ru

Ekspert: Kirayə mənzillərin qiyməti bahalaşıb

Kanal24 xəbər verir ki, bunu "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib. 

Onun sözlərinə görə, kirayə mənzil bazarında qiymətlərdə ay ərzində artım 4,63 faiz təşkil edib.

N.İbrahimov bildirib ki, qiymətlərin artmasına kirayə mənzil bazarında aktivliyin yüksəlməsi səbəb olub.

O qeyd edib ki, ali təhsil müəssisələrində dərslərin başlanması ilə əlaqədar olaraq, Bakıya tələbələr gəlir və kirayə mənzil axtarırlar: “Bu baxımdan, bazarda aktivlik artır və təbii ki, bu da qiymətlərin yüksəlməsinə səbəb olur”.

Ekspert bildirib ki, növbəti aylarda qiymətlərin stabilləşəcəyi ehtimal edilir.


17:44 18.10.2017