KANAL24.AZ
Az Iw En Ru

"Yerüssəlimi beynəlxalq arenada qorumaq"üçün yeni plan hazırlanır

İsrail hökuməti "Yerüssəlimi beynəlxalq arenada qorumaq"üçün yeni plan hazırlayır.Bu bəyanat oktyabrın 16 -da Ekologiya və Yerüssəlimin işləri üzrə naziri Zeev Elkin tərəfindən verilib.

Elkin YUNESKO-nun Yəhudilərin şəhərlə heç bir əlaqəsi olmadığı haqqında verdiyi son qətnaməni xatırladaraq, Yerüssəlimi tarixi faktlarla qorumaq üçün layihəni hazırlamaq, maliyyələşdirmək və rəhbərlik etmək üçün hazır olduğunu bildirib.O qeyd edib ki :"Layihə Yerüssəlimə səfər edən müxtəlif ölkə və mədəniyyətlərin nümayəndələri və dövlət xadimlərinə, şəhərin keçmiş və indiki dövrlərdə Yerüssəlimdə baş verənləri tarixi faktarla göstərəcək.Köhnə Şəhərin küçələrində heç olmasa bir dəfə olan şəxs şəhərin yəhudiliklə bağlı olduğunu anlayacaq." Elkinin sözlərinə görə, layihə çərçivəsində Yerüssəlimin beynəlxalq statusu və tarixi faktlarının qorunmasına töhfələr verən və mübarizə aparan insanlara "Yerüssəlim müdafiəçisi"mükafatı ilə təltif olunacaq.


15:33 17.10.2017