KANAL24.AZ
Az Iw En Ru

Fermerlərə 63 milyon manatlıq - YARDIM

Fermerlərə 63 milyon 197 min 350 manat yardım ayrıldı.

Kanal24.az nazirliyə istinadən xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib.

Onun sözlərinə görə, adıçəkilən yardım 300 mindən çox fermərə 1 263 947 hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə veriləcək. 

Qeyd edək ki, yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) icra hakimiyyətlərinə göndərilib. 

Onu da əlavə edək ki, Rayon (şəhər) və kənd ərazi komissiyaları üzrə yardım veriləcək istehsalçıların siyahısı, onların əkin sahələri və hesablanmış yardımın məbləği barədə məlumatlar Nazirliyin rəsmi internet  səhifəsinin  (http://agro.gov.az) "Subsidiyalar" bölməsində  yerləşdiriləcək.

Xatırladaq ki, hər hansı negativ hallar baş verdiyi təqdirdə fermerlər nazirliyin qaynar xəttinə (1652) yaxud [email protected] elektron poçtuna məktub yaza bilərlər.

Məlumat üçün bildirək ki, 2015-ci il Azərbaycanda Kənd Təsərrüfatı ilidir. 

 

00:58 08.08.2015
Xəbər lenti
Bütün xəbərlər