KANAL24.AZ
Az Iw En Ru

Beyin yorğunluğunu aradan qaldırmağın ən sadə üsulları

Beyin yorğunluğu bu gün də bütün dünyada ən çox yayılan fiziki problemlərdən biridir. Qarşısı alınmazsa, bir çox pataloji problemlərə də gətirə bilər. İndiki dünyanın əsasən,  kompüter, İT sənayesi ilə idarə olunması, ekoloji çirklənmə beyin yorğunluğuna ən çox səbəb olan faktorlardı.
 
Dünyada çalışan hər dörd nəfərdən birinin qarşısında kompüter varsa, bu, artıq potensial beyin yorğunluğunu yaşamaq deməkdir. Çünki kompüter gözlər, boyun, insanın onurğasında (istər-istəməz kompeterdə işləyərkən onurğamızı əyirik) bəzi problemlərə gətirib çıxarır ki, bunlar da öz növbəsində beyin yorğunluğuna səbəb olur. 
 
Beyin yorğunluğunu yaradan başqa faktorlar bunlardı: rahatsız iş mühiti, təmiz olmayan hava, yuxusuzluq və rejimsizlik, ailəyə, istirahətə çox vaxt ayırmamaq, təbiətlə çox təmasda olmamaq, düzgün qidalanmamaq.
 
Bu problemlə üzləşən insanlar daha çox diqqətin yayğınlığından, fikirləri bir araya toplamamaqdan, düzgün qərar verə bilməməkdən, yaddaşın zəifləməsindən, yersiz yerə əsəbiləşməkdən əziyyət çəkirlər. 
Bu kimi amillər təbii ki, işə də öz mənfi təsirini göstərmiş olur. 
 
 
Özünüzə zaman ayırın- ilk baxışdan bəsit, qeyri-ciddi və bir o qədər də imkansız görünən bir metoddur. Lakin günün çox az bir hissəsində işi tamamilə unudaraq, insanın əvvəlcə öz ilə, daha sonra isə ailəsi ilə baş-başa qalması onda zehni təmizlənməyə səbəb olacaq. Bütün bunları şüuraltı, bizdən kənarda baş verən proseslərdi. Sevdiyimiz insanlarla ünsiyyətdə olduğumuz zamankı müsbət aura, enerji dalğaları  zehində öz işini görəcək. Bundan əlavə beyində tirodion çatışmazlığı adlandırılan bir başqa fiziki problem bu üsulla aradan qaldırılır;
 
Hobbilərlə məşğul olmaq- Hələ orta əsrlərdə böyük dövət adamlarının hər axşam məşğul olduğu sevimli hobbiləri var idi. Bu, əslində, sərf tibbi bir metod idi. Bütün günü ağır beyin, düşüncə məsələləri ilə məşğul olan, siyasətin zehni yoran dolanbaclarında var-gəl edən dövlət xadimləri hobbilərlə məşğul olan zaman beyinlərinə dinclik verirmişlər;
 
Torpaqla təmas- əgər uyğun şərait varsa, günün 10-20 dəqiqəsini torpaqda ayaqyalın gəzmək beyinə maksimal dərəcədə müsbət təsir edər. Bu zaman beyindəki elektro-maqnetik yük boşalır və insan ən vacib orqanına mükəmməl həddiyə etmiş olur;

00:33 13.10.2017