KANAL24.AZ
Az Iw En Ru

Berluskoni villasını Səudiyyə şahzadəsinə 500 milyon avroya satır

İtaliyanın sabiq baş naziri, milyarder Silvio Berluskoni Sardiniyadakı villasını Səudiyyə Ərəbistanının şahzadəsinə sata bilər, italyan qəzeti “Corriere della Sera” yazır.

 “Qazeta” xəbər verir ki, bu günlərdə Berluskoni Səudiyyə Ərəbistanının şahzadəsi, daxili işlər naziri Muhəmməd ben Naif üçün beş saatlıq ekskursiya keçirib.

Villanın ərazisində yunan-roma üslubunda amfiteatr, futbol meydançası, ada olan süni göl, eləcə də xüsusi yaradılmış fəaliyyətdə olan vulkan var. İtalyan KİV-nin məlumatına əsasən sazişin məbləği 500 milyon avrodan ibarət ola bilər.

Villanın qonaqları Rusiya prezidenti Vladimir Putin və Böyük Britaniyanın sabiq baş naziri Toni Bler olub. 2012-ci ildə villanı əvvəllər SSRİ-yə daxil olan ölkələrdən birinin rəhbərinin aldığı bildirilmişdi.

 

 

01:17 08.08.2015
Xəbər lenti
Bütün xəbərlər