KANAL24.AZ
Az Iw En Ru

Döyməli kişilərlə bağlı qeyri-adi araşdırma

Aparılan yeni araşdırma döyməli kişiləri sevindirəcək.

Araşdırmaya görə, qadınlar döyməli kişiləri seks baxımından daha aqressiv və cəlbedici hesab edirlər. Bu da onları qadınların gözündə daha cazibədar edir.

Bir az mürəkkəbin bu qədər təsirli ola biləcəyinə mat qalmamaq əldə deyil...

2500 qadının kişi fotolarına verdiyi reaksiya araşdırılıb. Araşdırma zamanı qadınlardan, çılpaq haldakı kişi fotoşəkillərinə baxmaları və buna qeyd vermələrini istəyiblər. Bəzi fotoşəkillərə rəqəmsal olaraq döymələr əlavə edilib.
Nəticələrə görə, döyməli kişilər qadınlar tərəfindən kişiyə xas, daha aqressiv və dominant görünüb. Onlar döyməli kişiləri döyməsi olmayanlara görə daha sağlam hesab ediblər.

 

Həm qadınlar, həm də kişilər döyməli insanların seksdə daha yaxşı performans göstərəcəyinə inanırlar.

Ciddi əlaqələr axtaran qadınlar da seks performansı baxımından döyməli kişiləri ilk sırada görürlər.

Qeyd edək ki, döyməli kişilərin gələcəkdə yaxşı ata olması da qadınlarda şübhə yaradıb.


06:43 12.10.2017