KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan kənd təsərrüfatı sahəsində əldə olunan məhsuldarlığa görə 100-illik rekordu yeniləyib

"Azərbaycan kənd təsərrüfatı sahəsində əldə olunan məhsuldarlığa görə 100-illik rekordu yeniləyib"

Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

Onun sözlərinə görə, 2015-ci ildə hər 1 hektar əkin sahəsindən 30.5 ton taxıl və 30 tona yaxın buğda toplanıb: "2014-cü ilin müvafiq dövründə bir hektardan buğda yığımı 22 tondan bir qədər artıq idi. Arxiv məlumatlarına əsasən, belə göstəricilər 1913-cü ildən bu yana qeydə alınmayıb. Rekord göstəricilər, həmçinin meyvə və tərəvəzin yetişdirilməsində də qeyd olunub".

Nazir vurğulayıb ki, ümumiyyətlə, kənd təsərrüfatı məhsullarının artım dinamikası müşahidə olunur.

 

22:04 06.08.2015
Xəbər lenti
Bütün xəbərlər