KANAL24.AZ
Az Iw En Ru

Gənc yaşda ata olanların ölüm riski daha çox ola bilər

Gənc yaşda ata olanların orta yaşlarda müxtəlif xəstəliklər səbəbi ilə erkən dünyasını dəyişmək təhlükəsinin daha çox ola biləcəyi müəyyənləşdirilib.

Kanal24 “TRT Haber” telekanalının saytına istinadla xəbər verir ki, Finlandiyanın Helsinki Universitetinin alimlərinin keçirdikləri araşdırmaya 30 mindən çox kişi cəlb edilib. İştirakçıların sağlamlığı, təhsili və bu kimi digər məlumatlar yaxından araşdırılıb. Tədqiqatların aparıldığı 20 il ərzində 20-24 yaşlarında iki uşağı dünyaya gələn ataların ölüm riskinin 14 faiz çox olduğu müəyyənləşdirilib.

Araşdırmada 30-44 yaş arası ilk dəfə ata olanların orta yaşda ölüm riskinin 25 yaşadək ata olanlardan 25 faiz az olduğu müəyyənləşdirilib.

Alimlər orta yaşda ölüm riskinin ata olmağın stresinin orqanizmə vurduğu zərərdən meydana gəldiyini vurğulayıblar.

Araşdırmanın nəticələri impakt faktorlu “Journal of Epidemiology and Community Health” jurnalında dərc edilib.

 

03:44 06.08.2015
Xəbər lenti
Bütün xəbərlər