KANAL24.AZ
Az Iw En Ru

Sərnişindaşıma tarifləri ucuzlaşdı

2015-ci ilin iyul ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 2,2%, sərnişindaşıma tarifləri isə 1,5% ucuzlaşıb. 

Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən (DSK) bildirilib. 

Komitənin məlumatına görə, hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 8,3%, digər xarici ölkələr üzrə 4,8% ucuzlaşıb, yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb. 

Ay ərzində dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 7,2% ucuzlaşıb, yükdaşıma tarifləri isə sabit qalıb.  

Bundan başqa, dəniz nəqliyyatında MDB və digər xarici ölkələr üzrə yükdaşıma tarifləri 0,1% bahalaşıb, sərnişindaşıma tarifləri isə sabit qalıb. 

Qeyd edək ki, iyul ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 7,2% ucuzlaşıb, qazın nəql olunma tarifi isə 0,1% bahalaşıb. Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb. 

 

03:16 06.08.2015
Xəbər lenti
Bütün xəbərlər