Bakı Ekspo Mərkəzində bu gündən etibarən Təhsil Nazirliyinin dəstəyi ilə 11-ci Azərbaycan Beynəlxalq Təhsil (“Education - 2017”) sərgisi keçirilir.
Üç gün davam edəcək sərgi “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil edilir.
Sərginin açılışında təhsil naziri Mikayıl Cabbarov, “Caspian Event Organisers” şirkətinin baş direktoru Edvard Stoun da iştirak edib.