KANAL24.AZ
Az Iw En Ru

Sabaha olan hava proqnozu

Hava yağmursuz keçəcək, duman olacaq.

Sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

ETSN-dən  Kanal24-ə verilən məlumata görə, havanın temperaturunun gecə 9-12° isti, gündüz  16-19° isti, Bakıda gecə  9-11°, gündüz  16-18° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan yüksək, nisbi rütubət  gecə 70-80 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə  arabir  güclənəcək. Havanın temperaturunun gecə  8-12°, gündüz  16-21° isti, dağlarda gecə 1-4°, gündüz 6-11° isti olacağı gözlənilir.


20:00 05.10.2017
Xəbər lenti
Bütün xəbərlər