KANAL24.AZ
Az Iw En Ru

Bakıda şortik festivalı

Avqustun 2-si Bakıda ilk dəfə şortikə həsr olunmuş yürüyüş festivalı keçirilib.

Flashmob Azerbaijan tərəfindən keçirilən festivalın əsas məqsədi şortik geyinən insanlara dəstək olmaqdır.

Yürüşdə dizdən uzun olmayan şortda gələn insanlar iştirak ediblər.

Gənclər ilk öncə Dənizkənarı Bulvarda yığışıb, sonra Nizami küçəsinə (Tarqovı) tərəf irəliləyiblər, yürüş Sahil parkında bitib.

Qeyd edək ki, son günlərdə sosial şəbəkələrdə şortik geyinənlərə dəstək kampaniyası keçirilir. Belə ki, sosial şəbəkə istifadəçiləri şortiklə şəkil çəkdirərək #MənŞortGeyinirəm haştaqları ilə paylaşımlar edirlər.

 

 

18:09 03.08.2015
Xəbər lenti
Bütün xəbərlər