KANAL24.AZ
Az Iw En Ru

Deputat Fəzail Ağamalının oğlu avtomobillə adam vurdu

Bakının Nəsimi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Kanal24 report-a istinadla xəbər verir ki, 36 yaşlı Ağamalı Yalçın Fəzail oğlu Azərbaycan Tibb Universitetinin qabağında idarə etdiyi “Jeep” markalı avtomobillə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Nurullayev Qərib Şakir oğlunu vurub.

Nəticədə piyada ağır xəsarət alıb. O, sürücünün köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün izahatını alıb.

Y.Ağamalı Milli Məclisin deputatı Fəzail Ağamalının böyük oğludur.


17:54 03.10.2017
Xəbər lenti
Bütün xəbərlər