KANAL24.AZ
Az Iw En Ru

Niyə yağın kilosu 18 manatadır? – Millət vəkili

Ölkəmizdə istehsal edilən məhsulların qiyməti xaricdən idxal edilən məhsullardan bahadır.

Bu sözləri millət vəkili Çingiz Qənizadə parlamentin bugünkü iclasında bildirib.

Millət vəkili seçicilərdən bununla bağlı çoxsaylı müraciətlər aldığını deyib:

“8 aydır ölkədə manat daha da möhkəmlənib, lakin qiymətlər qalxır. Nə üçün mağazalarda yağın kiloqramı 18 manatadır? 7-8 ay əvvəl 8-10 manat idisə, bu gün 18 manatdır. Eyni zamada ətin qiyməti qalxıb. Bununla bağlı İqtisadiyyat Nazirliyinə müraciət edirəm. Müvafiq qurumlar bu məsələni tənzimləməlidir. Dərmanlarla bağlı məsələ müzakirə edildi, qiymətin tənzimlənməsi insanlar arasında müsbət qarşılandı”.

Millət vəkilinin çıxışına şərh verən spiker Oqtay Əsədov “qiyməti qaldıran kəşfiyyatdan gələn şəxslər deyil, onlar da bizim vətəndaşlarımızdır”, - deyə bildirib.

 


06:59 03.10.2017