KANAL24.AZ
Az Iw En Ru

Baş nazirin sədrliyi ilə iclas keçirildi

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

ARDNF-dən  verilən məlumata görə, Azərbaycan Respublikasının Baş naziri, ARDNF Müşahidə Şurasının sədri Artur Rəsizadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2017-ci il büdcəsində dəyişikliklər edilməsi məsələsinə baxılıb.

Müşahidə Şurası Fondun 2017-ci il büdcəsinə dəyişiklikləri məqbul hesab edib və həmin dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunması barədə qərar qəbul edib.


01:11 28.09.2017
Xəbər lenti
Bütün xəbərlər