KANAL24.AZ
Az Iw En Ru

Prezident İlham Əliyev Tofiq Sarıcalinskini ordenlə təltif edib

Prezident İlham Əliyev T.Q. Sarıcalinskinin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında  sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: 

Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Tofiq Qiyas oğlu Sarıcalinski 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.


01:07 27.09.2017
Xəbər lenti
Bütün xəbərlər