KANAL24.AZ
Az Iw En Ru

Hafiz Hacıyev: "Arvadbazlıq etmək üçün kapital lazımdır..."

Hafiz Hacıyev şortikli şəklindən və haqqındakı "arvadbaz" iddiasından danışdı

Hafiz Hacıyev şortiklə gəzənlərin ayağına "kislota" tökmək lazımdır deyəndən bir müddət sonra özünün sosial şəbəkədə şortikli şəkilləri yayıldı.

Hafiz Hacıyev şortikli şəkilinin yayılmasına aydınlıq gətirib.

Bundan əlavə olaraq Müasir Müsavat sədri Azisin Bakıdakı konsertinə və haqqında çıxan "arvadbaz" iddiasına Ölkə.az-da münasibət bildirib.

Hafiz Hacıyev: "Mənim dediklərimi bəzi media nümayəndələri yalnış yozurlar. Mən demişəm ictimai yerlərdə şortiklə gəzmək düzgün deyil. Dəniz kənarına gedib istirahət ediriksə orada şortik geyinmək olar. Fəvvarələr meydanında biri şortiklə yanında da qara itlə gəzir, mən buna qarşı çıxıram. Dənizkənarı Milli park çimmək yeri deyil, orada şortiklə gəzmək camaata hörmətsizlikdir. Dənizə cins şalvarla, kürklə girəsi deyiləm ki? Mənim dəniz kənarındakı fotomu küçədə gəzən şortiklilərlə müqayisə etmək axmaqlıqdır. Mən küçədə şortiklə gəzənlərə demişəm o fikri və sözümün üstündə də dururam. Yenə deyirəm, şortik geyinib ayaqlarının tükünü başqalarına göstərməsinlər. Qızlarımız da şortikdə gəzir. Onların valideyinləri bu haqda fikirləşməlidir. İndi onlar haqqında da fikrimi deyəcəm sonra ünvanıma yüz söz deyəcəklər. Hər bir valideyin övladına nəzarət etməlidir".

Azisin Bakıya gəlib konsert verməsin də fikir bildirən Hafiz Hacıyev bildirdi ki, onun gəlib Bakıda konsert verməsinə çox pis baxıram.

"Bizim Mədəniyyət nazirliyimiz də bu işlərə diqqət etməlidir. Bu cür əxlaqsızları niyə Azərbaycana gətirirlər? Görünür kiminsə bu işdə marağı var. Azis gəlib, bizim də geylər gedib orada soyunub öpüşürlər, bu düzgün deyil axı. Məndən başqa da bu neqativ hallara fikir bildirən yoxdur. Azisin konsertinə Aygün Kazımova da gedib dəstək olub. Aygün Kazımovanın da dəstək olmadığı adam qalmadı", deyə Müasir Müsavat partiyasının sədri əsəbi halda vurğuladı.

Tolik qalmaqalından sonra sosial şəbəkələrdə haqqında arvadbaz olması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirən Hafiz Hacıyev, qeyd etdi ki, onu deyənlər qələt edir. Mən o cür sözlərə fikir vermirəm, Tolikin də öz həyat tərzi var, gedib yaşasın. Mən "baz" deyiləm. Elə şeylərlə məşğul olmuram. Elə şeylərlə məşğul olmaq üçün böyük kapital lazımdır. Biz özümüzü zorla dolandıran adamlarıq.

 

20:06 27.07.2015
Xəbər lenti
Bütün xəbərlər