KANAL24.AZ
Az Iw En Ru

Cəlilabadda ildırım yanğına səbəb oldu

Cəlilabadda ildırım mağazanı yandırıb.

Hadisə rayonun Adnalı kəndində qeydə alınıb.

Belə ki, əvvəlcə küləklə müşayiət olunan güclü yağış yağıb. Yağıntı bir saata yaxın davam edib. Bundan sonra ildırımın düşməsi nəticəsində kənddə istifadəsiz qalan köhnə mağaza binası alovlanaraq, yanmağa başlayıb. Hadisə yerinə Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlər tərəfindən yanğın söndürülüb.

Təbii fəlakət nəticəsində xəsarət alan olmayıb.


16:42 26.09.2017
Xəbər lenti
Bütün xəbərlər