Əhalinin kitaba olan marağını artırmaq təkcə bu təşəbbüslə bitmir. Çünki, "Bookface" şirkəti də əhalini kitab oxumağa təşviq etmək üçün maraqlı addım atıb. Şirkətin şərtlərində bildirilir ki, "Facebook" hesabına kitabla çəkilmiş şəkilini yerləşdirən hər bir sosial şəbəkə istifadəçisi ictimai iaşə obyektləri, kitab mağazaları və stomatoloji kabinetlərə güzəştlər əldə edəcək.
Hər il aprelin 23-də Kluj-Napoke şəhərində Ümumdünya kitab günü keçirilir. Həmin gün əlində kitab olan hər bir şəxs Nəbatət bağını pulsuz ziyarət edə bilər.