KANAL24.AZ
Az Iw En Ru

Qayınatasına qaraciyərini bağışlayıb həyata qaytardı

Qara ciyər serrozu olan 54 yaşlı Vahdəttin Güclü könüllü olaraq ona qara ciyərini bağışlayan 37 yaşlı kürəkəni Seyfəttin Akkurtun sayəsində yenidən həyata dönüb. Kürəkəni qayınatasına bildirib ki:  “Biz bir-birimizə sahib çıxmasaq, kim bizə sahib çıxacaq?”. İzmirdə yaşayan 4 nəvə sahibi olan Vahdəttin Güclüdə bir neçə ay öncə xəstəlik aşkarlanıb. 
 
Ailə üzvlərinin donor olmaq istədiyi Vahdəttinə yalnız kürəkənin kömək edə biləcəyini deyən həkimlər onları əməliyyat ediblər. Nəticədə kürəkəninin qaraciyərindən qayınataya bağışlaması nəticəsində 54 yaşlı qayınata həyata qayıdıb. 

06:55 23.09.2017