KANAL24.AZ
Az Iw En Ru

Zəlzələ dəhşəti: ölənlərin sayı 291 oldu

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 291 nəfərə çatıb.

Meksika meri Migel Anhel jurnalistlərə bildirib ki, bu gün dağıntılar altından daha 5 nəfərin cəsədi tapılıb. Bununla da paytaxtda ölənlərin sayı 153-ə yüksəlib. Ölənlərdən 99-u qadın, 54-ü kişi, 26-sı isə uşaqlardır.

Bundan əvvəl ölənlərin sayının 286 nəfər olduğu açıqlanmışdı.

Bu günə qədər dağıntılar altından 69 nəfər sağ çıxarılıb, 48 nəfər hazırda xəstəxanadadır, onlardan 4-nün vəziyyəti ağırdır.

Qeyd edək ki, sentyabrın 20-də Meksikada 7,1 gücündə zəlzələ baş verib.


06:16 23.09.2017