KANAL24.AZ
Az Iw En Ru

Hava şəraiti nə vaxtdan sərinlənəcək?

Son günlər havaların dəyişkən keçməsi insanların əhval-ruhiyyəsinə və səhhətinə, həmçinin istirahətinə təsirsiz ötüşmür.

Kanal24 bildirir ki, istilər və havadakı nəmişlik bir çoxlarını narahat edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji proqnozlar bürosundan aldığımız məlumata görə, ilin bu fəsli üçün havaların belə keçməsi əslində normaldır. Artıq payız fəsli başlayıb və bununla əlaqədar Azərbaycanın rayonlarında hava şəraiti qeyri-sabit keçəcək. Şimşək çaxacağı və yağış yağacağı gözlənilir.

 

Lakin paytaxt sakinlərinin təşvişə düşməsinin heç bir səbəbi yoxdur. Çünki bu proqnoz yalnız bölgələrə aiddir. Paytaxtda isə isti havalar hələ bir neçə gün davam edəcək.
Bölgələrdə isə küləkli-yağişli havalar sabahdan başlayaraq sentyabrın 26-dək davam edəcək


05:32 23.09.2017
Xəbər lenti
Bütün xəbərlər