KANAL24.AZ
Az Iw En Ru

Atatürk hava limanında təyyarə qəzaya uğrayıb – VİDEO + YENİLƏNDİ

Nəticədə hava limanı bağlanıb.

İstanbulun Atatürk adına Beynəlxalq Hava Limanının uçuş-eniş zolağında şəxsi təyyarə qəzaya uğrayıb.

Nəticədə hava limanı bağlanıb.

Məlumata görə, təyyarə qəza enişi edib, ardınca yanmağa başlayıb.

NTV telekanalının məlumatına görə, qəza nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.(oxu.az)

 

*****

İstanbulun Atatürk hava limanında özəl təyyarə qəzaya uğrayıb.

Hadisə nəticəsində hava limanında təyyarələrin uçuşu və enişi dayandırılıb.

Ölən və xəsarət alanlar barədə məlumat verilmir.


18:33 22.09.2017
Xəbər lenti
Bütün xəbərlər