KANAL24.AZ
Az Iw En Ru

Mehriban Əliyeva birinci xanımların iştirak etdiyi ziyafətdə

Birinci vitse-prezident Mehriban Əliyeva ABŞ-ın birinci xanımı Melanya Trampın dəvətinə qatılıb. 
 
Birinci vitse-prezident Mehriban Əliyeva ABŞ prezidenti Donald Trampın xanımı Melanya Trampın verdiyi günorta yeməyi ziyafətində iştirak edib.
 
Mehriban Əliyeva yemək zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanla bir müddət səmimi söhbət edib. 
 
Birləşmiş Millətlərin ABŞ Daimi Nümayəndəliyindəki  first ladylərin iştirak etdiyi ziyafət səmimi görüntülərlə, xoş söhbətlərlə yadda qalıb.
 
Xatırladaq ki, Mehriban Əliyeva Birləşmiş Millətlər Təşkilatının (BMT) 72-ci Baş Assambleyasında iştirak etmək üçün prezident İlham Əliyevlə birlikdə ABŞ-ın Nyu-york şəhərindədir. 
 
 
 
 
 

01:01 22.09.2017