KANAL24.AZ
Az Iw En Ru

Bakıda avtobusun qapısını açıq qoyan sürücü işdən qovuldu - VİDEO

Bakı Nəqliyyat Agentliyi tərəfindən 20.09.2017 tarixdə KİV-də və sosial şəbəkələrdə 66 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusların birində sürücü tərəfindən qanunverciliyin, yol hərəkəti qaydalarının tələbinin kobud şəkildə pozulmasına dair yayılan video görüntüylə bağlı zəruri tədbirlərin görülməsinə başlanılıb.

BNA-dan verilən məlumata görə, sözügedən görüntülərdə sürücünün nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin qapısının açıq vəziyyətdə saxlanılması, sərnişinlərin həyatının təhlükəyə atması açıq-aşkar müşahidə olunur. Bununla əlaqədar 66 nömrəli müntəzəm marşrut xəttində çalışan sürücü Teymurov Elşən Zahid oğlu Agentliyin tələbi əsasında daşıyıcı tərəfindən işdən azad edilib.

BNA-da bəyan edir ki, ictimai qınaq olaraq sərnişinlər də bu kimi məsələlərə biganə qalmamalıdırlar. Onların təhlükəsizlik qaydalarına, müəyyən olunmuş təlimatlara əməl etmələrinin vacib olduğu əsas məqamlardan biridir.

Qeyd edək ki, yayılan video görüntülərdən bəlli olur ki, Qaraçuxur qəsəbəsindən Neftçilər istiqamətinə hərəkət edən 66 saylı sərnişin avtobusunun sürücüsü kobud qayda pozuntusuna yol verərək avtobusu qapısı açıq vəziyyətdə idarə edib və bununla da sərnişinlərin həyatını təhlükəyə atıb. Avtobusdan hər an yıxıla bilən sərnişinlər həm arxa, həm də ön qapıdan sallanaraq dayanıblar.

Azərbaycanda sərnişinlər ölümlə üz-üzə


01:02 22.09.2017
Xəbər lenti
Bütün xəbərlər