KANAL24.AZ
Az Iw En Ru

Qadın avtobusdan yıxıldı - Vəziyyəti ağırdır

Lənkəran rayonunda yerli sakin avtobusdan yıxılaraq ağır xəsarət alıb.

Rayonun Ləj kəndindən şəhər istiqamətində hərəkətdə olan sərnişin avtobusu Aeroport yaxınlığında saxlayıb və sərnişin düşürüb. Sərnişinlərdən biri - Bağdagül Qasımova avtobusdan düşərkən yıxılıb, nəticədə ağır xəsarət alıb.

Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

 

Xəstəxanadan bildirilib ki, yaralı kəllə-beyin travması alıb, vəziyyəti ağırdır.


17:08 20.09.2017