KANAL24.AZ
Az Iw En Ru

Lavrov isveçli jurnalisti qovdu: Rədd olun – VİDEO

Rusiya Xarici İşlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 72-ci iclası çərçivəsində Nyu Yorkda isveçli həmkarı Didye Burkxalterlə görüşüb.

Görüşdən əvvəl Lavrovla isveçli jurnalist arasında maraqlı dialoq yaşanıb.

Jurnalist "Burkxalterin son günlərində ona nə arzulayardız” sualına Lavrov belə cavab verib: "İndi mətbuat konfransı deyil. Sualınıza gəlincə, əsas mənim ona deyil, onun özünə nə arzulamasıdır”.

Cavab İsveç XİN rəhbərinin xoşuna gəlib: "Əsl rus cavabıdır”.

Bundan sonra, Lavrov jurnalistə gülümsəyərək "İndi isə rədd olun” sözünü deyib.

 


02:44 20.09.2017