KANAL24.AZ
Az Iw En Ru

Vasif Talıbov mədəniyyət xadimlərini təltif etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovmədəniyyət sahəsindəki səmərəli fəaliyyətlərinə görə bir qrup şəxsi təltif edib.

Sərəncama əsasən, Əsgərov Amil Əkbər oğlu, Əsgərov Səməd Elşən oğlu, Fərzəliyev Arzu İsmayıl oğlu və Həsənova Qəribə İbrahim qızı “Əməkdar artist” fəxri adına layiq görülüblər.

Ötən gün Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Milli Musiqi günü münasibətilə təşkil olunan konsert proqramında iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri  Vasif Talıbov təltif olunanlara “Əməkdar artist” fəxri adının döş nişanlarını və vəsiqələrini təqdim edib.


17:42 19.09.2017