KANAL24.AZ
Az Iw En Ru

Elm dünyasında yenilik:Arktikada tapılan tunellərdə naməlum dünyanın izləri aşkarlandı

Qlobal istiləşmə səbəbiylə əriyən buzlar hər keçən gün Arktikada yeni bir kəşfin aparılmasına səbəb olur. Son olaraq Arktikada yeni yerləşən mağara sistemlərində müxtəlif bitki və heyvan növlərini dəstəkləyəcək temperaturun olması səbəbiylə bəlli olmayan həyat növlərinin ortaya çıxması iddia edilir.
 
 
Kəşfi həyata keçirən elm insanları həmin tunellərə görə olduqca həyəcanlıdır. Tunellərdə olan bəzi DNT qalıqlarının bu mağaralarda yaşayan daha əvvəl kəşf edilməmiş yeni canlı növlərin kəşfini təmin edəcəyi deyilir.
 
Arktikada yerləşən mağara sistemləri yaxınlardakı vulkan səbəbindən daha istidir. Tədqiqatçılar tərəfindən aparılan bu kəşf şok təsiri yaradıb. Mütəxəssislər mağaraların içərisində vulkanın təsirilə yaranan isti şəraitdə müxtəlif bitki və heyvan növlərinin ekosisteminin inkişaf edəcəyini düşünür.
 
 
 
Mütəxəssislər eyni zamanda Arktikada hələ də fəal olan və ya son fəaliyyətlərinə dair dəlillər olan 15-dən çox vulkan olduğunu qeyd edir.
 
Kəşf edilən mağaralardan götürülən torpaq nümunələrinin təhlilləri mamır, yosun və kiçik heyvanların DNT-lərinə bağlı izlər ortaya çıxarıb. Elm insanları bəzi mağaraların temperaturlarının +25 dərəcə olduğunu deyir.
 
 
Avstraliya Milli Universitetindən baş tədqiqatçısı Ceridvenfraser "Orada qolsuz köynək geyinə və olduqca rahat ola bilərsiniz. Mağara ağızlarının yaxınlığında işıq var və yuxarıdakı buzun incə olduğu bəzi mağaralarda işıq filtrləri daha dərinlərdədir" deyib. 
 
Fraser Elbrus Dağının yaxınlığında, ya da altındakı mağaralarda olan DNT-nin çoxunun Arktikanın hər hansı bir yerində olan yosunlar, dəniz yosunu və onurğasızlar kimi bitki və heyvanların DNT-sinə bənzədiyini, ancaq onlarla tam uyğun olmadığını açıqlayıb. Bu da elm insanlarının tamamilə məlum olmayan növlər üzərində cəmləşməsinə səbəb olur.
 
Tədqiqatçıların bir sonrakı addımı mağaralarda canlı orqanizm axtarmaq olacaq. Canlı orqanizm olarsa elm həyəcan verici yeni bir dünyanın kəşfinə imza atmış olacaq. 
 
 
Uğur

 

 

04:04 18.09.2017
Xəbər lenti
Bütün xəbərlər