KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda qızı stadiona buraxmadılar - Video

Təbrizin “Traktor” və Məşhədin “Siyah Cameqan” futbol klubları arasında keçirilən görüşdə diqqət çəkən anlar yaşanıb.

Təbrizin Səhənd stadionunda baş tutan oyunda “Traktor” tərəfdarları Urmiya gölü ilə bağlı şüarlar səsləndiriblər. 30 min nəfərə yaxın olan “Traktor” azarkeşləri, “Urmiya gölü can verir, Məclis onun qətlinə fərman verir” şüarını səsləndirərək, göldə baş verən böhranla bağlı İran parlamentini günahlandırıblar.

Digər tərəfdən polislər qardaşı və atası ilə oyunu izləməyə gələn azyaşlı qızı stadiona buraxmayıb. Rəsmilər qadağaya səbəb kimi azyaşlının zərif cinsin nümayəndəsi olduğunu göstəriblər.

Qeyd edək ki, İranda qadınlara idman yarışları zamanı stadiona tamaşaçı qismində daxil olmaq icazəsi verilmir.


16:24 17.09.2017
Xəbər lenti
Bütün xəbərlər