KANAL24.AZ
Az Iw En Ru

"Əsgər Bala" uşaq musiqi qrupunun aylıq qəzeti dərc olunacaq

Azərbaycanda bir çox uşaq musiqi qruplarının fəaliyyət göstərdiyi bir zamanda hərbi-vətənpərvərliyi təbliğ edən daha bir qrupun yaradılması uşaqlarda vətən eşqinin,ana vətən doğmalığının aşılanmasında mühüm addımdır.Yeni yaradılmış ”Əsgər bala” uşaq musiqi qrupunun  əsas məqsədi,gələcəyimiz olan körpələrdə vətənpərvərlik hissini aşılamaq,müntəzəm olaraq hərbi vətənpərvəlik mövzusunda musiqili əyləncəli proqramlar təşkil etmək və onların əsil vətandaş kimi yetişməsində doğru istiqamət verməkdir.

Qrupun fəaliyyəti ilə yanaşı "Əsgər Bala" adlı  aylıq dərc olunan qəzet də bu istiqamətə öz tövhəsini verməyi qarşısına məqsəd qoyub.Belə ki,bundan sonra "Əsgər Bala" musiqi qrupunun klip və musiqilərindən başqa  hər ay eyni adlı qəzeti də  1 dəfə dərc   olunaraq oxucularının istifadəsinə veriləcək. Oktyabr ayından dərc olunacaq qəzetdə hər ay qrup üzvləri haqqında  geniş məlumat və yazılar dərc ediləcək.

 


03:43 17.09.2017