KANAL24.AZ
Az Iw En Ru

Bir gündə iki konsert

Paytaxtımızda təşkil olunman “Bakı Beynəlxalq Caz Festivalı – 2014” çərçivəsində növbəti konserti “TERRY Line Carrington” kvarteti təqdim edib. 

 

Kanal24.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində reallaşan konsertdə “Gremmy” mükafatı laureatı, baraban ifaçısı, bəstəkar və qrup rəhbəri Terri Layn Kerrinqtonun ifasında rəngarəng musiqilər dinlənilib.

O, konsertdə 80 və 90-cı illərdən bu günə qədər buraxılan bir çox albomlarındakı musiqilərindən və yeni əsərlərindən seçmələr səsləndirib.

Terri Layn Kerrinqtonu konsertdə Terri Lyne Carrington (drums), Aron Parks (piano), Antonio Hart (sax) və Zachary Brovn (bass) müşayiət edib.

Beynəlxalq Muğam Mərkəzinin səhnəsinin növbəti qonağı isə Azərbaycanın gənc ifaçısı Elçin Şirinovun qrupu olub. Onun qrupunun ifasında səslənən əsərlərdə Şərq və Qərb musiqisinin harmoniyası özünü açıq, aydın göstərib. Bu səbəbdən də bir sıra nüfuzlu beynəlxalq festivallarda ölkəmizi layiqincə təmsil edən qrupun çıxışı maraqla qarşılanıb.


05:47 21.10.2014
Xəbər lenti
Bütün xəbərlər