KANAL24.AZ
Az Iw En Ru

İngiltərə mətbuatı "Qarabağ"dan videoçarx hazırladı - VİDEO

"Qarabağ"ın Çempionlar Liqasında qruplara qalmasından sonra təmsilçimiz bütün diqqətləri özünə cəlb edib. Qitənin saysız-hesabsız media orqanları ağdamlılar haqqında yazılar dərc edir, sosial şəbəkələrdə təmsilçimiz barədə xəbərlər və videolar paylaşılır.

Məsələyə biganə qalmayanlarda biri İngiltərənin "Copa90" nəşri olub. "Youtube" kanalında "Qarabağ" barədə geniş məlumat verən nəşr təmsilçimizin 1993-cü ildən - Ağdamın işğalından sonra köçkün həyatı yaşamasından xəbər verib. Həmçinin təmsilçimizin ev oyunlarını doğma şəhərindən kənarda - paytaxtda keçirdiyi qeyd olunub. Həmkarlarımız Ağdam klubunun son illərdəki uğurlarından da bəhs edib.
 
Həmin videonu təqdim edirik.

İngiltərə mətbuatı


19:23 16.09.2017
Xəbər lenti
Bütün xəbərlər