KANAL24.AZ
Az Iw En Ru

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin 50 illiyi qeyd ediləcək

Sentyabrın 22-də Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fəaliyyətinin 50 illiyinə həsr edilmiş tədbir keçiriləcək. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, muzeyin təşkilatçılığı ilə təşkil ediləcək.

Kanal24 xəbər verir ki,bu barədə AZƏRTAC-a Niyazinin mənzil muzeyinin direktoru Rza Bayramov məlumat verib. Onun sözlərinə görə, tədbir çərçivəsində muzeyin keçdiyi yola nəzər salınacaq, konsert proqramı təqdim ediləcək, eyni zamanda, muzeyin fəaliyyətinə həsr edilmiş fotosərgi açılacaq. Həmçinin muzeyin iki yeni zalının açılışı da nəzərdə tutulur.


21:26 12.09.2017