KANAL24.AZ
Az Iw En Ru

Ukraynalı deputatlarla Avropa Azərbaycanlıları Konqresinin nümayəndələri Ali Radada görüşüblər

Sentyabrın 12-də Ukraynanın paytaxtı Kiyevdə Avropa Azərbaycanlıları Konqresinin toplantısı keçirilib.

Tədbirdə Avropa Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvləri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Ukraynadakı səfirliyinin nümayəndələri, diasporumuzun fəalları və bir sıra yerli rəsmi dövlət orqanlarının təmsilçiləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Kiyevdə ucaldılmış abidəsi önünə çiçəklər qoyub, Ulu Öndərə ehtiramlarını bildiriblər.

Sonra Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) təşəbbüsü ilə Ali Radada Ukrayna parlament təmsilçiləri ilə Avropa Azərbaycanlıları Konqresinin nümayəndələri arasında görüş olub.

Görüşdə Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və Ukrayna icmaları arasında qarşılıqlı dostluq əlaqələrinin qurulması, hər iki ölkənin Avroatlantik məkana inamlı inteqrasiya siyasətinin yürüdülməsində birgə layihələrin həyata keçirilməsi məsələləri geniş müzakirə olunub.

BUAK və Ukrayna Millətlər Assambleyasının sədri Rövşən Tağıyev çıxış edərək Ukrayna ilə Azərbaycan arasında tarixi dostluq əlaqələrindən söz açıb.

Ukrayna Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy və Ukrayna parlamentinin digər üzvləri də çıxış edərək, beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınan ölkələrimizin dünya miqyasında biri-birlərinə dəstək vermələrinin tarixi zəruriyyətini xüsusi vurğulayıblar.


21:13 12.09.2017
Xəbər lenti
Bütün xəbərlər