KANAL24.AZ
Az Iw En Ru

Bakıdan İstanbula uçan təyyarə quşa görə eniş edə bilmədi+ Video

Türkiyə Hava Yollarının 673 nömrəli Mombasa-İstanbul reysinin uçuşu zamanı gözlənilməz hadisə baş verib.

 Atatürk Hava Limanına enən təyyarə havada qəzaya uğrayıb.

Boeing 737-900 təyyarəsinin qadın pilotu qülləyə xəbərdarlıq edib ki, qağayı təyyarəyə çırpılıb. THY pilotu qülləyə bildirib ki, quşun ölüsü eniş zolağında ola bilər.

Bu xəbərdarlıqdan sonra Bakı-İstanbul, Riyad-İstanbul və Kopenhagen-İstanbul reysləri həyata keçirən təyyarələr eniş edə bilməyib.

Hadisə yerli vaxtla saat 10:30-da baş verib. Hadisədən sonra vəziyyəti müəyyənləşdirən qüllə təyyarələrə enişə icazə verib.

 

 


00:19 11.09.2017
Xəbər lenti
Bütün xəbərlər