KANAL24.AZ
Az Iw En Ru

Sumqayıtda kişini 30 manat borca görə krana çıxardılar-VİDEO

Sumqayıt sakini 30 manat borcunu ödəmədiyinə görə saatlarla qaldırıcı kranda saxlanılıb.

Hadisə Sumqayıt şəhərində qeydə alınıb. Şəhər sakini qaldırıcı kran sahibinə borcunu ödəmədiyi üçün sürücü tərəfindən "əsir" alınıb. Avtomobil sahibi borclunu krana mindirdikdən sonra hadisə yerini tərk edib. Borclu 43 dərəcə istidə saatlarla açıq havada gözləməli olub. Hadisə şahidlərinin sözlərinə görə, şəxsin kran sahibinə cəmi 30 manat borcu olub. Yarım sutka gözlədikdən sonra kran sahibi hadisə yerinə gələrək, borclunu yerə endirib. Və bütün bunları ona dərs vermək üçün etdiyini bildirib.


05:22 10.09.2017
Xəbər lenti
Bütün xəbərlər