KANAL24.AZ
Az Iw En Ru

Həkimlərin diaqnoz qoya bilmədiyi 4 yaşlı "qoca" - VİDEO

4 yaşlı Bayzid həmyaşıdları kimi görünmür. Sallanan dərisi və qırışları onu olduqca yaşlı göstərir. Bayzidin qeyri-adi görünüşündə əslində bir sirr yatır. Həkimlər dörd ildir bu sirri aça, uşağa bir diaqnoz qoya bilmirlər. 
Tripty Begum və Lavlu Sikderin oğlu Bayzid dörd il əvvəl dünyaya gəlib. Dünyaya gələndə valideynləri övladlarının fərqli göründüyünü hiss edib. Oğulları eynilə yaşlı kişilər kimi görünürdü.
 
Bu gün Bayzid dörd yaşındadır və Banqladeşin Magura bölgəsində yaşayır. Çox sağlam olmasına baxmayaraq həkimlər xarici görünüşünə bir diaqnoz qoya bilməyiblər. Evdə uşağın xoşbəxt olması üçün ana və atası əlindən gələni edir. Ancaq təəssüf ki, Bayzid çölə çıxanda arzuolunmaz baxışlara məruz qalır.
 
Bayzidin anası Tripty "Həyat yoldaşım və ya mən qızımla çölə çıxanda insanlar Bayzidə baxır və aralarında gülürlər" - deyir.
 
Yaxşı ki, Bayzidin yaşadığı yerdəki qonşuları onun narahatlığını bilir və onunla yaxşı davranırlar.
 
 
 
 
Bayzid son dərəcə əyləncəli və futbol oynamağı sevən uşaqdı. Xarici görünüşü içindəki uşağı heç vaxt öldürməyib. Bəzən xəstələnir. Bayzidin atası "Gün ərzində xəstəliyin əlamətlərini hiss edir" deyir. 
 
 
 
 
Bayzid və valideynləri daim xəstəxanalara gedirlər. Saysız-hesabsız həkimə oğullarını göstəriblər. Ancaq diaqnoz qoyan olmayıb. Həkimlər diaqnoz qoymasalar da xəstəliyin əlamətlərini yüngülləşdirəcək bir müalicə metodu tapıblar. Ancaq müalicə xərcləri olduqca çoxdur.
 
Bayzidin atası "Övladımın müalicə xərclərini ödəyə bimədiyim üçün özümü pis hiss edirəm" - deyir. Ancaq ailə gələcəyə ümidlə baxır. Bir gün oğullarını tamamilə sağaldacaq bir müalicə tapılacağına inanırlar.
 
 
 

 

 

04:40 10.09.2017
Xəbər lenti
Bütün xəbərlər